Ana səhifə
14 Noyabr 2018

DİN: "Piyadanı vuran polis olmayıb"

Oktyabrın 24-də Bakıda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxs polis əməkdaşı olmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib. 

DİN mətbuat xidmətinin məlumatına görə, qəza Nərimanov rayonunun A.Nemətulla küçəsində baş verib. 
Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. O.Mansurzadənin sözlərinə görə, R.Əsədov paytaxt kafelərindən birinin işçisi olub. 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Saatlı rayon sakini Şirvan Səmədov olması müəyyən edilib.(ANS PRESS)

Tarix
25 Oktyabr 2014 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin