Ana səhifə
14 Noyabr 2018

Cəmil Quliyevdən Etibar Hüseynova CAVAB

Millət vəkili Etibar Hüseynovun İTV-nin hava proqnozu buraxılışı ilə bağlı tənqid yazdığını xəbər vermişdik. Deputata öz “Facebook” səhifəsində İTV-ni beynəlxalq hava məlumatlarının təqdimi zamanı köhnə və yanlış məlumatları çatdırmaqda ittiham edirdi.

 

 

Ucnoqta.az-ın əməkdaşı məsələyə münasibətini öyrənmək üçün İTV-nin baş direktoru Cəmil Quliyevlə əlaqə saxlayıb. Televiziya rəhbərinin iradlara cavabı belə olub:

“Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai telviziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir.

Qaldı ki, Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz”.

Tarix
25 Oktyabr 2014 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin