Ana səhifə
20 Noyabr 2018

Daha bir ana ölümü - Azərbaycanda

Dünən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib. 



Ucnoqta.az xəbər verir ki, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib. Əməliyyat dünən axşam saatlarında aparılsa da, bu gün səhər saatlarında ana ikinci dəfə əməliyyata götürülüb.

Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qohumları ölümdə həkimi günahlandırırlar. Bildirilir ki, əməliyyatdan əvvəl ananın səhhətində heç bir problem olmayıb. Əksinə bir neçə gün qabaq xəstəxana şəraitində yoxlanıb, müalicə almışdır. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə əlaqədar xəstəxana ilə əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı. Xəstəxanın baş həkimi Ağabala Kəlbiyev zənglərə cavab vermədi. Baş həkimin müavini Taleh həkim isə Bakıda olduğunu əsas gətirərək açıqlama vermədi.(ANS PRESS)

Tarix
25 Oktyabr 2014 [14:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin