Heqset Sakit Okeanda bir qayığın məhv edildiyini açıqlayıb

06:27 - 23 Oktyabr 2025 - DÜNYA

Pentaqon rəhbəri Piet Hegset Sakit Okeanda beynəlxalq sularda Amerika qüvvələri tərəfindən narkotik ticarəti üçün istifadə edildiyi iddia edilən qayığın məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb. Heqset qeyd edib ki, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər.

Heqsetin sözlərinə görə, qayıqda ABŞ-nin terror təşkilatı hesab etdiyi təşkilatın üzvləri narkotik vasitələri daşıyırmış.

Nazir qeyd edib ki, ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

Xəbər xətti