ABŞ qüvvələri Sakit Okeanda ABŞ-a narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia edilən başqa bir qayığa hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS öz mənbələrinə istinadən məlumat yayıb.
CBS-in məlumatına görə, qayıqda iki və ya üç nəfər olub və onların öldüyü ehtimal edilir.
Bu, ABŞ hərbçiləri tərəfindən narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə məhv edilən səkkizinci qayıqdır və əvvəlki zərbələr Karib dənizinin cənubunda həyata keçirilib.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərməkdə ittiham edir.