2021-2025-ci illərdə ABŞ prezidenti olmuş və prostat xərçəngindən əziyyət çəkən Co Bayden şüa müalicəsini başa vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 20-də keçmiş Ağ Evin sözçüsü Kelli Skulliyə istinadən CBS telekanalı məlumat verib.
Qeyd olunub ki, 83 yaşı tamam olacaq keçmiş prezident bazar ertəsi günü Filadelfiyadakı xərçəng mərkəzində radiasiya terapiyasını tamamladı.
Baydenin sözçüsünə görə, keçmiş prezident müalicəsi başa çatdıqdan sonra xüsusi zəng vurub, bu da onun terapiyasının bitdiyini bildirir.