Tovuzda ər arvadını bıçaqladı

13:12 - 16 Oktyabr 2025 - Xəbər

Tovuzda qətl hadisəsi baş verib.

Ucnoqta.az məlumat verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb.

Qadın hadisə yerində ölüb.

Hadisənin onu əri 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfinfən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.(Mənbə APA

Xəbər xətti