AQTA “Tess” və “Greenfield” çayları ilə bağlı məlumat yaydı

17:12 - 15 Oktyabr 2025 - Cəmiyyət

Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.

Agentlikdən verilən məlumata görə, Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. 

Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.

Xəbər xətti