Xanımlardan mesaj alan Avropa çempionumuz: “Gözlərində qəhrəmana çevrilmişdim” - FOTO

Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə Gənclərin Avropa çempionatında qızıl medal qazanıb. Atletimiz uzunluğa tullanma yarışlarında 17.04 m nəticə göstərərək yeni rekord əldə edib.

 

 

Bununla da o, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Azərbaycana rekordla qayıdan idmançımız Publika.az-a müsahibəsində ona gələn mesajlardan danışdı.

 

- Sizi təbrik edirik. Avropa Oyunlarında yaxşı çıxış etsəniz də, komandaya görə medalsız qalmışdınız. Amma bu yarışda özünüzü bir daha sübut etdiniz. Qələbə medalını boyununuzdan asmaq necə hisdir?

- Qələbəmlə bağlı onu deyə bilərəm ki, bu yarışa çox ciddi hazırlaşmışdım. Bu yarışdan öncə Avropa Oyunlarında 1-ci yeri tutsam da, komanda hesabında 5-ci olmuşduq. Ona görə də medal ala bilməmişdim. Yarışdan öncə yaxınlarıma söz verdim ki, oradan mütləq qızıl medal alacam. Çox yaxşı formada olduğum üçün özümə güvənirdim, hər şey yaxşı alındı.

 

- Sizi vətəndə necə qarşıladılar?

- 17.04 metr nəticə göstərdikdən sonra təkcə Bakıdan deyil, bütün dünyadan mənə təbrik mesajları gəlirdi. Bakıya gələndə məni çox yaxşı qarşıladılar. Necə deyim, bilmirəm. Amma xalqımızın gözündə sanki bir “qəhrəmana” çevrilmişdim.

 

- Qəhrəman kimi sevilmək necə hisdir?

- Çox gözəl... Çünki mən təkcə öz yaxınlarımın, müəllimimin, federasiyanın  deyil, bütün Azərbaycanın adını yüksəyə qaldırdım. Bir idmançıyla Avropa çempionatında təmsil olunmağımıza baxmayaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldırdım.

 

- Medaldan başqa mükafatınız nə oldu?

- Hələ ki, heç nə... Sabah federasiya prezidenti bizi qəbul edəcək.

 

- Pul mükafatı ilə bağlı da xəbəriniz yoxdur?

- Heç nə olmayıb hələ...

 

- Deyirsiz ki, çoxlu təbrik mesajları almısız... Bəs bu mesajlar arasında xanım azarkeşlərin də təbrikləri var idi?

- (gülür) Əlbəttə, var idi.

Tarix
4 Avqust 2015 [23:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin