Ana səhifə
20 Noyabr 2018

Neft ucuzlaşdı, 45 milyon itirdik

Neftin ucuzlaşması fonunda Azərbaycanın itirdiyi vəsaitlərin məbləği açıqlanıb. 
Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, sentyabr ayında SOCAR Ceyhan tipli (BTC FOB) xam neftin barrelini ortalama 98,29 dollardan satıb. Təkcə ötən ay SOCAR xam neftin satışından hər barrelə görə, azı 5 dollar itirib. Belə ki avqust ayında neftin bir barellinə görə ortalama satışı 103,08 dollar olub.
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yaydığı məlumata görə, sentyabr ayında Ceyhan boru kəməri vasitəsi ilə 13 milyon 43 min barrel neft ixrac edib. Avqustda bu göstərici 14 milyon 375 min barrel olub. Deməli, hər barrelə görə 5 dollar itirdiyini nəzərə alsaq ümumilikdə SOCAR avqustla müqayisədə sentyabr ayında nefti təxminən 45 milyon dollar daha ucuz satıb. 
Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 97,30 dollara, Urals nefti-96,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 98,29 dollar olub.Neft 

Tarix
4 Oktyabr 2014 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin