Bakıda yanıq xəsarətləri alan qadın öldü

18:37 - 13 Oktyabr 2025 - Cəmiyyət

Bakıda qadın yanaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Oktyabrın 6-da 1973-cü il təvəllüdlü Yelena Aleksandrovna Qurbanova yaşadığı Qala qəsəbəsindəki evində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən qadın oktyabrın 12-si orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır. Y.Qurbanovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Xəbər xətti