BQXK girovların azad ediləcəyi yerə hərəkət edir - Sİyahı açıqlandı

08:30 - 13 Oktyabr 2025 - DÜNYA

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) konvoyu israilli girovların azad ediləcəyi yerə hərəkət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl Əqsa telekanalı məlumat yayıb. Bildirilir ki, Qırmızı Xaç karvanı İsraillə razılaşma çərçivəsində HƏMAS tərəfindən israilli girovların azad ediləcəyi əraziyə hərəkət edib.
Daha əvvəl HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında azad edilən israilli girovların siyahısı dərc olunub.
“İsraillə mübadilə sövdələşməsi çərçivəsində aşağıdakı canlı girovların azad edilməsi qərara alınıb: Bar Kuperstein, Evyatar David, Yosef-Haim Ohana, Segev Kalfon, Avinatan Or, Elkanah Bukhbut, Maxim Harkin, Nimrod Cohen, Matan Zangauker, David Kunio, Eitan Horn, Matan Angrest, Ziv, Berman, Eitan Horn, Matan Angrest, Ziv Berman, Eitan. Alon Ohel, Qay Gilboa-Dalal, Roma Braslavski və Ariel Kunio”.

Xəbər xətti