Ana səhifə
14 Noyabr 2018

Etibar Hüseynov bu dəfə İTV-ə "ilişdi" - VİDEO

Öz facebook statusları ilə tez-tez gündəmə gələn Millət vəkili Etibar Hüseynov bu dəfə facebook səhifəsində İctimai Televiziyanın efirindəki yanlışlığa "İTV-də biyabırçılıq"  başlıqlıqlı status yazıb. 

 

Ucnoqta.az” həmin statusu təqdim edir:

 

 

“Dünyanın əksər ölkələrində İctimai TV-lər tamaşaçıların ( özəl və dövlət televiziyalarına nisbətdə) daha çox güvənib, inandığı bir kanal sayılır. Elə bizdə də belədi...
Amma dünən şahidi olduğum bir məqam sadəcə təəssüf hissi yaratdı. Bu inam və güvənə kölgə saldı.
Belə ki, İTV-nin Ana xeber buraxılışında təqdim olunan hava haqqında məlumat ən azından avqust ayından qalma idi. Çünki bir sıra Orta Asiya respublikalarında bu gün şaxtalı havalar hökm sürdüyü halda, İTV ekranlarından həmən ərazilərdə 35- 40 dərəcə isti proqnozu verilirdi.
Tam aydın idi ki, buraxılışı hazırlayanlar artıq neçə müddətdir ki, yalnız ölkədaxili hava proqnozlarının göstəricilərini dəyişib, vəssalam. Bu isə tamaşaçıya qarşı hörmətsizlik, onu ələ salmaq - bir sözlə əsl biabırçılıqdı. Bunun başqa adı yoxdu.
Hava haqqında buraxılışlara bu qədər laqeyd yanaşan yoldaşlara isə demək istərdim ki, səhv edirlər. Heç də hamı sizin zənn etdiyiniz kimi, "Hava haqqında"nı tək aparıcının açıq-saçıq geyiminə görə izləmir. Bu bütün TV-lərdə ən kütləvi izlənən bölümlərdən biridir. Buna görə də təsadüfi deyil ki, az qala bütün TV-lərdə bu buraxılışlar tanınmış sponsor markaları tərəfindən təqdim olunur.
Unutmayın ki, bir çox hallarda insanlarımız növbəti gün üçün çalışma və səfərlərini məhz bu məlumatlar əsasında planlayırlar. Ona görə də lütfən və lütfən diqqətli olun. Və bütün dünyaya yayımlandığınızı da bir an belə unutmayın. Çünki əmin olun ki, dünyanın hər hansı bir nöqtəsindəki əcnəbi tamaşaçı sizlərin hər hansısa proqramınıza baxmasa belə hava haqqında buraxılışına mütləq nəzər yetirir. Ona görə də sizlər də diqqətli olun... Ki, yağışdan çıxanları təzədən yağmura salmayasınız””.

Tarix
25 Oktyabr 2014 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin