Münhen hava limanında 20-dən çox reys təxirə salınıb - PUA xəbərdarlığı

08:08 - 3 Oktyabr 2025 - DÜNYA

Oktyabrın 2-də axşam saatlarında Münhen hava limanı yaxınlığında naməlum pilotsuz təyyarələr görünüb. Uçuş zolaqları bağlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.

"Münhen hava limanı oktyabrın 2-i cümə axşamı günü gec saatlarda ərazidə naməlum dronların görünməsi səbəbindən bağlanıb", - məlumatda deyilir.

Ümumilikdə 20-yə yaxın reys təxirə salınıb.
“Federal polis gecə ərzində bir neçə nəfərin hava limanı yaxınlığında dron gördüyünü bildirib.

Daha sonra dronların birbaşa hava limanı üzərində peyda olması ilə bağlı xəbərlər də yayılıb. Əvvəlcə bunun bir, yoxsa bir neçə pilotsuz uçuş aparatı olduğu bəlli deyildi”, - nəşr yazır.

Ştat və federal polis əməkdaşları pilotsuz təyyarələri və ehtimal olunan şübhəliləri axtararaq ərazidə patrul aparsalar da, heç bir nəticəsi olmayıb.

Xəbər xətti