Ana səhifə
15 Noyabr 2018

Silahsız islam

Avropada terror əməliyyatlarının həyata keçirələcəyi haqda anonslar dövriyyəyə çıxanda çoxları konspirativ nəzəriyyələrin tərəfdarlarına,yaxud astroloqların yüz illərdi rasional düşüncəni məhv edən məlum açıqlamalarına söykənəndə,başqaları kimi mən də ölümün növbəti dayanacağının,yaxud koordinatının seçilməsində hansı “məntiq”ə söykəniləcəyini təyin etməyə çalışdım.Bu kiməsə qəribə görünə bilər,lakin danılmaz bir faktdır ki,dünyada dolaşan amansız bir kabusun istinadgahı olan ideologiya,yaxud arxalandığı mənəvi inanclar sistemi malik olduqları silahdan daha çox əhəmiyyətlidir.Ona görə də rəqibinin beynilə düşünməyə məhkumsan.

 

Şübhəsiz bu onların qələbəsidir ki,milyonlarla insan indi rəsmi hakimiyyətləri qoyub bütün gözlənilməzliyə və güzəştsiz dağıdıcılıq gücünə malik olan bir qüvvə ilə hesablaşır.Terror özünə pərəstiş,ictimai etiqad yarada bilib və dövlətlərin onunla bacarmaması fikri reallığa çevrildikcə adamlar cihadın “qara bayrağı”nın bir daha enməyəcəyinə hər gün daha çox inanır.

Doğrudur,Kanada parlamentinə hücum edənlərin gözlədiyi “şok effekti” elə də güclü olmadı.Əlində silah Məclis binasına daxil olan şəxsin ətrafa açdığı atəşin canlı qurbanlar seçməkdən daha çox özünü necə deyərlər,tanıtmaq,bütün medianın obyektivinə düşmək və məşhurlaşmaq niyyətilə edildiyi şübhəsizdir.Əks halda terrorçu digər mücahid həmkarları kimi üzərinə bağladığı bombalarla yüzlərlə insanın həyatına son qoya və qafasında tutduğu inama-kafirlərə qarşı döyüşərək əbədi rahatlıq və dincliyə qovuşa bilərdi.O,isə ölkənin baş binasına hücum edərək qanunvericilərin giriş qapısındaca polislərlə toqquşmada qətlə yetirildi.Onun İrakdakı Qərb əməliyyatlarına qoşulmaq qərarı verən millət vəkillərinə əli çatmadı.Razılaşın ki,səhrada kəsilən jurnalist başı ilə müqayisədə parlamentarilərin güəlləbaran edilməsi daha böyük əks-səda doğuracaqdı və dövlətlərə qarşı meydan oxuyanların əllərin hər yerə çatdığı qənatəini gücləndirəcəkdi.Lakin bütün bunlar baş verməyib,indi qalır onu mülahizə etmək ki,”ölənin niyyəti nə imiş”?

 

Silahlı şəxs yerli kanadalıdır və ilk adı Maykl Cozef Holldur.Bir çox krimanallıqları törədərək uzun illər həbsdə yatan cinayətkar öz əməllərindən islah olunmaq üçün mənəvi təmizliyə gedən yolda ən müqddəs məbəd olan İslam dininə pənah gətirib.Lakin adını dəyişib Mişel Zexaf Bibo qoysa da,daxilindəki cinayət meylini və ətrafla savaş məqsədini tərg edə bilməyib.Əksinə,o,iki nəfər terrorçu ilə birgə indi Qərbin silahlı islamın Avropaya və ya Amerikaya növbəti zərbəsi haqda ittihamlarının baş qəhrəmanına çevrilib.

 

“Niyə məhz Kanada” sualı üzərində düşünməzdən əvvəl qeyd edək ki,Şimali Amerikada yerləşən və ərazisinə görə Rusiyadan sonra dünya ikincisi olan bu ölkənin 33 milyonluq əhalisinin yalnız 2.8 faizini müsəlmanlar təşkil edir.Sayı bir milyona qədər olan islamçıların buraya gəlişi müxtəlif əsrlərdə baş verib və deməli,bir neçə nəslin təmsilçiləri ilə yanaşı,orada immiqrantlar da üstünlük təşkil edir.Əsasən krallıq üsul idarələrindən və diktatura rejimlərindən canını götürüb buraya gələnlərin böyük əksəriyyəti repressiyalardan xilas olmağa,iqdisadi müdafiəyə və yüksək təhsil standartlarına qovuşmağa can atır.Həyat standartlarına görə orta Avropa göstəricilərindən yuxarı olan bir məkanda yaşamaq hamı üçün cəlbedicidir.Lakin buraya gələnlərin içərisində davakarlıq ruhundan,savadsızlıqdan və krininal keçmişindən azad ola bilməyənlərin də xeyli çəkisi var.

 

Kanada əhalsinin dini etiqad üzrə tədqiqatçıları iddia edir ki,hazırki tendensiya davam edərsə,yaxın 15 ildə müsəlmanların sayı 2.7 milyona çatacaq.Bu isə siyasi idarəçiliyə və dövlətin yönləndirilməsinə təsir göstərmək üçün böyük bir rəqəmdir.İndi bu qədər insan kütləsinin içərisində nədən dinini dəyişmiş bir adam silaha sarılıb İŞİDla həmrəylik nümayiş etdirir,yaxud Şərqin qisasını bu yolla almağa çalışır?

 

Yəqin heç kəs bu suala dəqiq cavab verə bilməyəcək.Düzdür, Kanada hərbi muzeyinə hücum edərək orada mühafizəçini qətlə yetirən,lakin ələ keçirilən cinayətkardan hər hansı məlumatlar almaq mümkün olacaq.Amma indidən bəllidir ki,”islam terrorçusu” kimi qınanan bu adamlar hökumətin elan etdiyi matəm mərasimində millətin hədəfində dini düşmən olaraq qalacaqlar.

 

Çoxları deyə bilər ki,əslində dövlətin elitası və ya kütləvi qətllərin həyata keçirilmədiyi halda bu nə milli hüzndür?Axı hər gün İrakda öldürülən yüzlərlə insanın müqabilində bu ki,sadəcə adi yol qəzasıdır.

 

Bəli,ölkənin sabitliyinə qəsd edilib,doğrudur,cəmiyyətə qorxu mesajı verilib,lakin Baş nazir Stiven Harper deyir ki,Kanada “öz qərarından və yolundan dönməyəcək”.Diqqət etdinizmi,hökumət rəsmisi artıq istintaqın yekunları sanki əlindəymiş kimi işarə edir ki,terror onun ölkəsini məhz İraka görə hədəfə alıb.

 

Razılaşaq ki,bu ölkə elə Amerika deməkdir.11 sentyabr hadisələri hələ də yeni terror hazırlıqlarının və bir sürü başıpozuqlar ordusunun əlində əsas dərs vəsaitidir.Yəqin sübut olunmasa ki,kanadalı terroçuya Yaxın Şərqdən,yaxud İslam dövlətinin yeni paytaxtı olan Rakka şəhərindən hər hansı tapşırıq,yaxud yardım edilməyib,onda beləsini tənha-smertnik elan edib işi bitirəcəklər.Lakin islam əleyhinə təbliğat güclənməkdə davam edəcək?

 

Niyə təmin olunmuş bir ölkədə,bütün azadlqıların bərqərar olunduğu böyük cənnətdə adamlar Xilafət qurmaq istəsinlər ki?Həqiqətənmi islamın mahiyyətindəki silahlı mübarizə xətti onun bütün fəlsəfəsəini təşkil edir və terrorçular onu belə asanlıqla öz dinlərinə çevirə bilirlər?

 

Vaxtilə,hələ 19-cu əsrdə böyük filosof Aleksis de Tokvil ilk dəfə Quranla tanış olandan sonra yazırdı ki, islam insanlığın bəşəriyyət qarşısında borcunu müəyyənləşdirmək üçün başqa politeist inanclarla müqayisədə daha tərəqqipərvər dindir.Lakin O,müxtəlif ayələr və surələrin ruhundan çıxış edib belə bir qənaətini bəyan etmişdi ki,”Məhəmmədin dini” müxtəlif məramlar altında müharibə etməyə,yaxud düşmənçiliyə meyilli dindir. İslamçıların bütün inanmayanları kafir adlandıraraq başqa quruluş və fərqli dünya nizamını qəbul etməməsi öz dövrünün bu görkəmli adamını hədsiz qorxutmuşdu.Peyğəmbərə kor-koranə etiqadın əleyhinə olan və hər bir müsəlmanı müqəddəs savaşa səsləyən kəlamlarda fəsad görən hər kəs yüz illərdi ki,Tokvill kimi islamı islahatlara səsləyir.

 

“İslamı qapıdan qovdular və gedib silahla geri döndü” deyən qərblilər müsəlman aləminin əbədi küskünlüyünün səbəbini müqəddəs Qurandakı fikirlərə Allah sözü kimi yanaşaraq onu toxunulmaz elan etməkdə,onu dəyişən zamanın çağırışlarına uyğunlaşdıra bilməməkdə,vahid mərkəzdən idarə olunmamaqda və ən nəhayət,dini dövlətdən ayıra bilməməkdə qınayırlar.Ona görə də İranın bir,Türkiyənin başqa,Səudiyyələrin isə sanki ayrı Məkkəsi var.Hamısı dildə bir ünvana sitayiş eləsələr də hərəsinin öz Allahı mövcuddur.

 

Odur ki,islam cihadçıları heç nəyə nail ola bilməyəcəklər.İnam gətirməyənləri yer üzündən qovmaq vəzifəsini heç kəs onların çiyinlərinə qoymayıb.Bütün dünyəvi baxışları və idaərçilik sistemlərinin əleyhinə çıxıb heç zaman susmayan avtomat səslərinin lüləsi altında yer üzünün sonuncu insanın da bu dini qəbul edəcəyinə çalışmaq barbar obrazını gücləndimrəkdən başqa heç nəyə yaramayacaq. Bilirsizmi, nasistlər “Allahın adı ilə” deyib milyonlarla insanı məhv edirdi,lakin hamı bilirdi ki,onların heç bir dini yoxdur.Bəli,”səlib yürüşləri” pisdir,lakin “qara bayraqlı” hərəkatlar ondan da dəhşətlidir.Çünki dünyada hamını qırıb yalnız bir əqidəyə tapındırmaq istəyəndə kainat cəhənnəmə dönəcək.

 

Müsəlmanlarin şərəf və ləyaqəti zorakılığı,qəddarlığı qəbul etməməlidir və əgər terroçular sizin müqəddəs ktabınızı əlinizdən alıblarsa,dünyaya alterantiv və həqiqi islamı göstərin.Əgər qərbli suriyalıları əvvəlcə inqilbaçı kimi silahlandırıb sonra adını “islam terrorçular”ı qoyursa,siz də sübut edin ki,bir müsəlman ölkəsində ədaləti,hüquq bərabərliyini, insanlığı,imanlılığ təmin edə bilirsiniz. Qurandan aldığınız öldürmək borcu sizi bəşəriyyətlə üz-üzə qoyubsa,onu dəyişin-ya şərhini,ya özünüzü!

 

Çünki hər müsəlmanın etiqadı qarşısında bir inanmayanın başını gətirmək kimi öhdəliyi yoxdur. Mənə görə,İslam silahsız olanda daha güclüdür!

 

Allahınız sizə öldürməyi təlqin eləmir.Ilk peyğəmbər övladı Qabil də Yaradanına qurban olaraq öz qardaşının cəsədini gətirmişdi,ancaq hədiyyəsi qəbul olunmadı.Ona görə də Allahı özünüzə oxşatmayın.O,Qurandır-sözün ilahi mənasında!

Tarix
25 Oktyabr 2014 [13:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin