Ana səhifə
21 Noyabr 2018

“Sonsuz dəhliz” filmi İsrailin “Channel 1” kanalında

Avqustun  4-də yerli vaxtla saat 21:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyarta keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin İsrailin“Channel 1” televiziya kanalında nümayişi keçiriləcək.

Xocalı faciəsi haqqında bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası  Türkiyənin “Kanal 24”, “CNN Türk” kanalında və Albaniyanın Milli Televiziyasında da baş tutub.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.  

 

Fidan

Tarix
3 Avqust 2015 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin