Ana səhifə
15 Noyabr 2018

ABŞ-ın iki ştatında karantin elan olunub

Birləşmiş Ştatların Nyu-York və Nyu-Cersi ştatlarında Qərbi Afrikada «Ebola» virusuna yoluxmuş xəstələrlə kontaktda olan bütün şəxslər karantinə alınıb.

 

Ucnoqta.az xəbər verir ki, bu haqda hər iki ştatın qubernatorları məlumat verib. Onlar bildirib ki, adıçəkilən ştatların beynəlxalq hava limanlarında Qərbi Afrikadan gələn sərnişinlərin yoxlanılması üçün əlavə tədbirlər həyata keçiriləcək.

Üçhəftəlik karantinin şərtlərinə görə, «Ebola» virusuna yoluxmuş xəstələrlə təmasda olmuş həkimlər və tibb işçiləri nəzarətdə saxlanılacaq.

Karantin haqda qərar nyu-yorklu həkim Kraq Spenserdə «Ebola» virusu aşkarlandıqdan bir gün sonra verilib. O, «Sərhədsiz Həkimlər» təşkilatının tərkibində «Ebola»ya yoluxan xəstələrə baxmaq üçün Qvineyada olub. Hal-hazırda o, Nyu-york xəstəxanalarının birində izolyasiya olunmuş vəziyyətdə müalicə alır. Hakimiyyət nümayəndələri və həkimlər Craig Spencer-in ötən həftə ABŞ-a qayıtdıqdan sonra kontaktda olduğu bütün şəxsləri nəzarətdən keçirməyə çalışırlar.

Tarix
25 Oktyabr 2014 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin