Ana səhifə
27 May 2018

Müdirdən açıqlama: Roza Zərgərli necə rejissor oldu?

Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov müğənni Roza Zərgərlinin rəhbərlik etdiyi mədəniyyət ocağına rejissor ştatına götürülməsi barədə xəbərə münasibət bildirib.

 

Direktor bununla bağlı ölkə.az-ın suallarını cavablandırıb.

 

- Səxavət müəllim, Roza Zərgərlinin rəhbərlik etdiyiniz teatrda rejissor ştatına götürülməsi barədə yazdığımız xəbər doğrudurmu?

 

- Teatrın quruluşçu rejissor və baş rejissor ştatları boş idi. Bölgədə ixtisaslı kadr olmadığı üçün ixtisaslı, Mədəniyyət və İncəsənət Universitetinin magistraturasını bitirmiş Roza Zərgərlini quruluşçu rejissor ştatına götürdük. Yazıda qeyd olunduğu tarixdən bizdə fəaliyyət göstərir, əməkdaşlıq edirik.

 

- Roza Zərgərli işlədiyi müddətdə hansı tamaşalara quruluş verib?

 

- Ötən il onunla bir tamaşanı başladıq. Texniki məsələlərə görə iş yarımçıq qaldı. Yeni mövsümdə "Xalidənin taleyi" adlı bir tamaşanı başlayacağıq.

 

- Amma o, ikinci mövsümdür ki, ştatdadır...

 

- Bir ildir işləyir. Ötən il bizdə teatr mövsümünün açılış proqramını təşkil edib. Özünün konsert proqramını keçirmişik. Bu mövsümün sonunda bir böyük layihəsini də Mingəçevirdə reallaşdıracağıq.

 

- Amma bu onun özünün şəxsi layihələridir, rejissor kimi yox....

 

- Rejissor kimi bizim təklifimizlə teatr mövsümünün açılışını hazırlayıb. Dediyim kimi, bu il də "Xalidənin taleyi" adlı tamaşaya quruluş verəcək.

Tarix
3 Avqust 2015 [14:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin