Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

09:20 - 19 Sentyabr 2025 - HADİSƏ

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti