Ana səhifə
16 Noyabr 2018

Azərbaycan geyimləri Rusiyada hamını heyran etdi (FOTO)

Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimləri İrkutskun  (Rusiya) “V. Bronşteyn Qalereyası” sərgi  mərkəzində keçirilən VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalının açılışında təqdim olunub.

 

 

Bu barədə Ucnoqta.az-a Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.

 

Müsabiqədənkənar təqdim olunan Azərbaycanın milli geyimləri festivalın qonaqları və iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

G. Xəlilova bildirib ki, “Etno Poliumu. Birlik” festivalı unikal xalq, tarixi və stilizasiya edilmiş geyimlər, bəzək əşyaları yaradan, öz xalqının mədəniyyətini, tarixini və məişətini əks etdirən ustadların və yaradıcı insanların görüş yeridir: “Festival zamanda unikal səyahət etməyə, müxtəlif millət və konfessiya nümayəndələrini birləşdirməyə, keçmişdən günümüzədək olan kolleksiyaların orijinallığına və özünəməxsusluğuna, geyim ənənələrinə və müasirliyinə, geyim və bəzək əşylarındakı avanqarda tamaşa etməyə imkan verir”.

 

Qeyd edək ki, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova  və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova festivalın münsiflər heyətinin üzvü olublar.

 

Həmçinin, münsiflər heyətinin tərkibinə Lidiya Sokolova-Serbskaya (sədr), Yekaterina Rebeja, İqor Sarapulov, Qombo Tuqalaq, Raisa Lobatskaya və Yelena Şipilova daxil olublar.  Layihə rəhbəri – Roza Xaltuyeva.

 

Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.

 

Festival İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib. 

 

 

Xəyal

Tarix
2 Avqust 2015 [10:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin