Ana səhifə
21 Avqust 2018

Qaribaşvili müsəlmanları təbrik etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qurban bayramı münasibətilə ölkədə yaşayan müsəlmanlarla görüşüb.  APA--nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir İrakli Qaribaşvili Tiflisdəki “Cümə” məscidinə gələrək müsəlmanlar  qarşısında çıxış edib və bu bayrama qoşulmaq istədiyini bildirib: "Bu bayram İslam dünyasında böyük bir gündür. Mən bayram münasibətilə sizi təbrik etmək istəyirəm. Bu, yaxşılığın pisliyə qələbə çaldığı, eyni zamanda  bilik və dostluq günüdür. Mən çox xoşbəxtəm ki, sizlərlə birlikdə bu müqəddəs günün sevincini yaşayıram".

Baş nazir Gürcüstanda müxtəlif xalqların birgə, dost və qardaşlıq şəraitində yaşadığını bildirib: "Gürcüstan əsrlər boyu elə bir ölkə olub ki, dinindən, dilindən, məqsədindən asılı olmayaraq istər xristian və müsəlman, istərsə də yəhudi olsun, hər kəs  ölkəmizdə dost və qardaş kimi yaşamaqdadır. Bu, əsrlərdir davam edir. Ölkəmizdə yaşayan əcnəbilər bu tolerantlıq və dostluqla fəxr edirlər. Mən də fəxr edirəm. Biz böyük bir ailəyik, onun adı Gürcüstandır. Biz istəyirik ki, ölkəmiz güclü olsun, ərazi bütövlüyü bərpa olsun və biz mehriban yaşayaq."

İ.Qaribaşvili ölkədə ziddiyyət və təxribat yaradanların da olduğunu deyib: "Təbii ki, əsrlərdir ki, bizim tolerant həyatımıza və dostluğumuza yaxşı niyyətlə baxmayanlar var və onlar ziddiyyət və təxribat aparırlar. Bizim münasibətimiz elə güclüdür ki, buna heç kim toxuna bilməz. Bizim aramızda hər hansı qarşıdurma və ziddiyyət ola bilməz, bu mümkün deyil.  Buna dövlət qarantiya verir”.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri, şeyx Ramin İgidov, baş müfti Cemal Paksadze, Türkiyənin Gürcüstandakı səfiri  Zəki Ləvənt Gümrükçü  çıxış edərək Qurban bayramı münasibəti ilə bütün ailələrə sülh və əmin-amanlıq arzulayıblar.

Tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili,  diplomatik korpus nümayəndələri, baş nazirin köməkçisi Savalan Mirzəyev və digər rəsmi şəxslər, eyni zamanda  Gürcüstanda fəaliyyət göstərən müsəlman icmalarının rəhbərləri, din xadimləri, ruhanilər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

Tarix
4 Oktyabr 2014 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin