Ana səhifə
25 Sentyabr 2018

“Turaz qartalı”ndan eksklüziv açıqlama (VİDEO)

Türkiyə Azərbaycan birgə hərbi təlimləri davam edir. Türkiyə və Azərbaycan pilotlarının birgə təlimində iştirak edən qruplara “Turaz qartalı” adı verilib. Hərbiçilər bu emblemi əks etdirən loqonu üzərlərində daşıyırlar. Hərbi təlimlərdə iştirak edən hərbçilərin təlimlər barədə ANS-ə eksklüziv açıqlamalarını təqdim edirik.

Türk pilotu İbrahim Yozqart təlimlə bağlı fikirlərini bölüşüb. “Biz iki qardaş ölkənin birlikdə iş görə biləcəyi bir yerdəyik. Burada bizə başda Prezident İlham Əliyev olmaqla böyük qonaqpərvərlik göstərdilər. Biz həqiqətən də “bir millət iki dövlət”ik. Burada olduğum üçün çox sevincliyəm. Azərbaycanlı pilotların da Türkiyəyə gəlməsini istəyərik”, - deyə türk pilot bildirib. 

Azərbaycan pilotu Zaur Yusifli isə Türkiyədə təlim keçmiş bir pilotdur. O bu təyyarələr ilə hələ Türkiyədə olarkən tanış olduğunu deyib.

“Yevlax aerodromunda keçirilən bu tədbirlərdə yalnız “F-16” təyyarələri havaya qalxır. Amma digər aerodromlarda “MİG-29” və başqa tipli təyyarələrimiz də var. Hər bir təyyarə öz aerodromundan havaya qalxır, havada birləşirlər və müştərək təlimlərin icrasına başlayırlar. Təlimlərin əsas məqsədi- düşmənin havada müştərək məhv edilməsi və döyüşə hazırlıqdır. Bildiyiniz kimi belə bir təlim tarixdə ilk dəfədir. Biz bununla sübut etdik ki, Azərbaycan Türkiyə qardaş dövlətdilər. İstər sülh vaxtı istərsə də müharibə vaxtdı”, - deyə Zaur Yusifli bildirib. 

Tarix
26 Sentyabr 2014 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin