Ana səhifə
14 Noyabr 2018

"Sarkisyan və hökumət istefaya getməlidir"

Ermənistanın ilk prezidenti və müxalif "Ermənistan Milli Konqresi"nin (EMK) lideri Levon Ter-Petrosyan bildirib ki, konstitusiya çərçivəsində ümumxalq təzyiqi yolu ilə hakimiyyətin istefaya getməsinə nail olmaq niyyətindədirlər.

 

Ucnoqta.az erməni saytlarına istinadən verdiyi məlumata görə, L.Ter-Petrosyan EMK, "Çiçəklənən Ermənistan" və "İrs" partiyalarının birgə nümayişində deyib ki, hakimiyyəti istefaya göndərdikdən sonra növbədənkənar azad və ədalətli prezident və parlament seçkilərini keçirməyi təmin edəcəklər.

"İrs" partiyasının lideri Raffi Hovannisyan hesab edir ki, Ermənistanda düşüncə, xalq, vətəndaş və milli gələcək inqibalına ehtiyac var: "Hər şey konstitusiya çərçivəsində həyata keçirilməlidir. Bu inqilab konstitusiya çərçivəsində, dinc və qanuni olacaq".

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan və hökumət istefaya getməli, bundan sonra isə müvəqqəti hökumət formalaşdırmaq lazımdır.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə bəyan edib ki, ölkədə zərurət yaranacağı təqdirdə cəmiyyəti səfərbər etməyə hazır olan qərargahlar formalaşdırılacaq.

 

Tarix
25 Oktyabr 2014 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin