Ana səhifə
20 Sentyabr 2018

Nəsrin Cavadzadə: "Bu ölkədə sıxılmış hiss edirəm" (FOTO)

Azərbaycanlı aktrisa ötən həftə Türkiyənin ən nüfuzlu mükafatlarından biri olan "Qızıl portağal" (Altın portakal) qazandı. Onun "Quzu" filmi sayəsində qazandığı bu uğurdan uzun müddət yazıldı. Aktrisa uğurunun sirri, Türkiyədəki həyatı və başqa məqamlar haqqında danışıb. “Ucnoqta.az” aktrisanın türk mətbuatına müsahibəsini təqdim edir. 

- İkinci dəfə "Qızıl portağal" qazandınız. Sürpriz oldu?

 
- Düzü gözləmirdim. Amma bunun səbəbi performansım deyildi. Yaxın zamanda bir dəfə qazanmışdım. Buna görə, bu dəfə başqalarının qazanacağını düşünürdüm. 

- 10-dan artıq mükafatınız var. Bu qədər mükafat insana necə təsir edir? 


-İnsanın ruhunu oxşayır. Amma eqoya heç bir təsiri yoxdur. Bu ölkədə səni bir gündə göyə çıxarıb, yarım saniyədə yerə batırırlar. 

-Festival senzura mübahisələri ilə gündəmdə idi. Siz hansı tərəfdəydiniz?


- Əslində bu qədər prestijli bir pestivalda sənədli film bölməsinin çıxarılması utancvericidir. İfadə azadlığına inanıram. Hər kəs hər şeyi istədiyi kimi ifadə edə bilməlidir. 

-Ümumiyyətlə senzuraya necə baxırsız? 


- Can sıxıcı.Qadın olaraq özümü bu ölkədə sıxılmış hiss edirəm. Mənim bununla mübarizəm seçdiyim layihələr, oynadığım qadın rollarıdır. 

-Niyə? 


- Hər sahədə üzərimdə təzyiq var. 

-Nə kimi? 


- Ən sadəsi. İstədiyim kimi geyinə bilməmək, istədiyim rolları ifa edə bilməmək, siyasi fikirlərimi ifadə edə bilməmək...

- Dediklərinizə baxsaq sizin də özünüzü senzuraladığınız görünür...
- Əlbətdə. Türkiyə çətin ölkədir. İnsanlar fiirlərini açıq deyə bilmir. Edəndə isə cəzalandırılır. Buna görə hamımız özümüzə senzura tədbiq edirik. 

- Tanınırsız. Böyük şəhərdə yaşayırsız. Bunlara rəğmən bir qadın olaraq çox çəkinirsiz?- - Əlbətdə. Bir qadın olaraq saat 22.00-dan sonra küçəyə çıxıb iki addım gəzmək istəyəndə dünyanın sözünü eşidirəm. Qadını ikinci sinif sayan baxışlara hamımız məruz qalırıq. Televiziyadakı seriallara bax. Qadın düşmənliyi ilə doludur. 

-Mükafat alanda keçmiş sevgiliniz rejissor Cemal Şana təşəkkür etdiniz...
- Mən köhnə, yeni inanmıram. Cemal Şan həyatda yoluma çıxan ən qiyməli insandır. Səkkiz illik bərabərliyimiz olub. O, möhtəşəm kariyera qurmağımada səbəb olub. Təşəkkür etmək bir borçdur. 

- Köhnə sevgilidən dost ola bilər?

 
- Əlbətdə. Bu, tamamən o iki insanın həyata və birbirlərinə haradan baxmaları ilə əlaqədli vəziyyətdir. 

-Mükafatdan sonra gözəlliyinizə mədhiyyələr düzüldü... Gözəllik anlayışı ilə aranız necədir? 


- Özümü keçmişə baxanda daha gözəl sayıram. 

- Sərt bir görüşünüz var. Həyatınıza kiminsə girməsi çətindir?

 
- Mənim özümə xas divarım var. Buna görə həyatıma girmək çox çətindir. 

- 40 gün mənfi 20 dərəcədə çəkilən "Quzu"nun dərdi nədir? 


- Oynadığım Mədinə obrazı 27 yaşlı iki uşaq anası və kəndin ən yoxsul ailəsinin gəlinidir. Uşağına sünnət etmək istəyir. Amma quzu almağa pulu yoxdur. Bütün hekayə bunun üzərinə qurulub. 

-Bir gün Recəb İvedik kimi bir filmdə oynayarsız?


- Niyə də yox. Özümü təəcübləndirmək istəyirəm. özümü nə qədər təkrarlamasam o qədər yaxşıdır.(ANS PRESS)

Tarix
25 Oktyabr 2014 [12:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin