Ana səhifə
14 Noyabr 2018

Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində külli miqdarda aksiz markasız spirtli içkilər aşkar edilərək götürülüb.

 

Ucnoqta.az xəbər verir ki, İdarənin rəisi, general mayor Ehtiram Xəlilov AzərTAc-a bildirib ki, əməliyyat oktyabrın 24-də keçirilib. Azərbaycan vətəndaşı Asif Cabbarovun idarə etdiyi “Mercedes Benz C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda araq aşkarlanıb. Həmin araqların avtomobildə sərnişin qismində əyləşmiş Xeybər Quliyevə məxsus olduğu müəyyənləşdirilib.
Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.

Tarix
25 Oktyabr 2014 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin