"Levski" - "Sabah" oyununu bu hakimlər idarə edəcək

17:23 - 1 Avqust 2025 - İDMAN

Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Ucnoqta.az xəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Duye Strukana Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti