Ana səhifə
17 Noyabr 2018

Süpürgəçi maşın altında can verdi

Bu gün səhər saat 09 radələrində Qusar şəhrində “Kamaz” markalı yük maşını süpürgəçi qadını vuraraq öldürüb. 



Ucnoqta.az xəbər verir ki, hadisə Əzizbəyov küçəsilə Əbilov küçəsinin kəsişməsində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Ruslan Aslan oğlu Xasıyev idarə etdiyi yük maşını ilə yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Rübabə Bəkir qızı Pirmətovanı vurub. Qadın yük maşınının təkəri altında canını tapşırıb.

Qeyd edək ki, qadın süpürgəçi işləyirdi.

Qusar rayon polis şöbəsinin müstəntiqi Ellgiz Məmmədovun verdiyi məlumata görə, hadisə araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(ANS PRESS)

Tarix
25 Oktyabr 2014 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin