Ana səhifə
16 Yanvar 2018

Sahibkarlarımız Tacikistana gedəcək

Oktyabrın 15-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyasının iclası və Beynəlxalq İqtisadi Forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı Azərbaycan nümayəndə heyətinin Tacikistana səfəri nəzərdə tutulur.

Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan sahibkarları Tacikistan və digər ölkələrin işgüzar dairələri ilə əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Azərbaycan nümayəndə heyətinin tərkibində iş adamları və sahibkarlar da iştirak edə bilərlər. Beynəlxalq İqtisadi Forumda iştirak etmək istəyən iş adamları və sahibkarlar Azpromo-ya müraciət edə bilərlər. 

Tarix
4 Oktyabr 2014 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ