Ana səhifə
19 Sentyabr 2018

Obama Ebolaya yoluxan tibb bacısını belə qucaqladı - VİDEO

ABŞ prezidenti Barak Obama Ebola xəstəliyinə yoluxan Nina Pham adlı tibb bacısını Ağ Evdə qəbul edib.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu haqda məlumatı Ağ Evin spikeri Josh Earnest yayıb.

Məlumatda deyilir ki, Obamanın Ebolaya yoluxan tibb bacısı Phamla qucaqlaşması diqqəti cəlb edib.

 

Görüşdə Obama tibb bacısına etdiyi xidmətlərinə görə təşəkkür edib.

 

Ağ Evin başçısı, həmçinin Dallasdakı tibb işçilərinə də minnətdarlığını çatdırıb.

Tibb bacısı Phamı müalicə edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci verdiyi mətbuat konfransında bildirib ki, tibb bacısı üzərində dalbadal 5 test edilib və onda Ebola virusu aşkar edilməyib.

 

Dr. Fauci də mətbuat konfransında köhnə xəstəsi Phamaya sarılıb.

 

Qeyd edək ki, Pham Dallasda Ebola virusundan həyatını itirən Tomas Erik Dunkanın müalicəsi zamanı bu virusa tutulmuşdu.

 

AzNews.az

Tarix
25 Oktyabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin