Ana səhifə
20 Sentyabr 2018

Aqrar sahədə sahibkarlıq fəaliyyəti genişlənir

Sahibkarların öz biznesini inkişaf etdirmək üçün maliyyə, sığorta, keyfiyyət standartları və kooperativlər mövzusunda maariflənmə işi aparılır

 

 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda özündə 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir ki, bunların bir qismini (40 faizi) də kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar təşkil edir. Azərbaycan Sahibkarlar Konfederasiyası “Gəncə Aqrobiznes Assosiasiyası”, “Gübrə Toxum və Pestisid Ticarətçilər Assosiasiyası”, “Azərbaycan Quşçuluq Assosiasiyası” ilə sıx əməkdaşlıq edərək, onların öz təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində müəyyən tövsiyələr verir. Mütəmadi olaraq beynəlxalq ekspertlərin iştirakı ilə bır sıra təlimlər təşkil etməklə, insanların aqrar sahəyə marağının artmasını təşviq edir. «Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan və bu sahədə bizneslərini inkişaf etdirən iş adamları az deyil. Əkinçilik- bitkiçilik, pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, taxılçılıq, heyvandarlıq (İri südçülük-maldarlıq kompleksləri yaradılıb), arıçılıq və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının sayı yetərli qədərdir. İnanıram ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahəni stimullaşdırmaqla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarının sayının artmasına şərait yaradacaq.

Bu yaxınlarda Azərbaycan Sahibkarlar Konfederasiyası uğurlu bir layihə qazanıb. Konfederasiya kənd təsərrüfatı ilə bağlı artıq apreldən yeni layihəyə start verəcək. “Kənd Təsərrüfatı ilə bağlı artıq apreldən yeni layihəyə start verəcək adlı layihə kənd təsərrüfatında biznes quruculuğunun əsas komponentlərini maliyyə-sığorta, aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və kooperativlərin təşkili mövzularıdır. Fermerlərin maarifləndirilməsi, bu mexanizmlərin biznesə tətbiqinin uğurlu nəticələrinin sahibkarlar arasında təbliğ etməyi və sahibkarların bu sahələr üzrə fikir və təkliflərinin öyrənilməsini layihənin başlıca məqsədi olacaq»,-konfederasiyanın prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edili: «Xaçmaz və Ağcəbədi rayonlarında hal-hazırda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan və ya bu sahədə biznes qurmaq arzusunda olan sahibkarlar layihədən faydalanacaqlar. Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin öz biznesini inkişaf etdirmək üçün maliyyə, sığorta, keyfiyyət standartları və kooperativlər mövzusunda maariflənmə işi aparılacaq».

Bu günlərdə isə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili”mövzusunda fermerlər üçün təlim keçirilib.  Təlimdə maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 50-dən çox fermer iştirak edib. Bildirilib ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki, bu layihə çərçivəsində ilk tədbirimiz Ağcabədi rayonunda təşkil edilib.

Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər sahələrdə təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılıb və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.

AMFA-nın idarə heyətinin sədri, ekspert Süleyman Kələşov fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadənin təşkili barədə fermerlərin maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyələrinin öyrənilməsi ilə bağlı çıxış edib.Göründüyü kimi fermerlər həmişə diqqət mərkəzində olub.

Qeyd edək ki, Dünya Bankı ilə Azərbaycanda ixraca dəstək və bu işdə sahibkarların maarifləndirilməsi tədbirləri üzərində də iş aparılır. Beynəlxalq Maliyyə Korporasiyası ilə biznes mühitinin araşdırılması və onun nəticələrinin sahibkarlara çatdırılması, habelə sahibkarların maarifləndirilməsi sahəsindəki birgə iş də səmərəli olub. Bu iş davam etdirilməklə yanaşı Korporasiya ilə birlikdə kiçik və orta biznesə kömək üçün internet portalın yaradılması təklifi üzərində iş aparılır.

Konfederasiya ölkədə və xaricdə təşkil olunan sərgi və biznes forumlarda sahibkarların iştirakina önəm verərək onların bu vasitələrdən yararlanmasına kömək göstərir.

Konfederasiya prezidenti bildirib ki, Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. «Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və dövlət tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hesab edirəm ki, konfederasiya cari il ərzində daha çox fermerlərin maliyyə-sığorta, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı menecmenti sahəsində təməl biliklərə yiyələnməsi, mövcud maliyyə mənbələri, kənd təsərrüfatında tətbiq olunan sığorta sistemi, informasiya-kommunikasiya texnologiyalarinin aqrar sahəyə tətbiqinin mahiyyəti və önəmi, təsərrüfatın kooperativ forması haqqında zəruri biliklərə yiyələnməsi istiqamətində iş aparacaq. İnanıram ki, aparacağımız maarifləndirmə tədbirləri zamanı sahibkarlar öz bizneslərini daha da inkişaf etdirəcək, müasir maliyyə menecmenti üsullarından, innovativ texnologiyalardan istifadə edəcək, daha effektiv fəaliyyət göstərəcəklər. Sahibkarların öz təsərrüfatlarını sığorta etdirməsi, kooperativlərə qoşulması, daxili bazarda və ixrac zamanı tətbiq edilən standartlara uyğun məhsul emal edəcəyi gözlənilən nəticələrdəndir. Çalışırıq ki, banklar, kredit təşkilatları, sığorta şirkətləri ilə kənd təsərrüfatı sahəsində çalışan insanların görüşlərini təşkil edək, sahibkarların yeni model fermer təsərrüfatları ilə işləmək istiqamətində maraqlarını artıraq»,-Məmməd Musayev deyib.

O qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. «Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir»,-konfederasiya prezidenti deyib.

 

 

Tarix
28 İyul 2015 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin