Ana səhifə
15 Noyabr 2018

Bakıda qəza törədən sürücülər arasında dava: 3 nəfər yaralandı - (FOTOLAR)

Bakının Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

Ucnoqta.az xəbər verir ki, qəza zamanı Xeyrulla İbadovun idarə etdiyi "Opel"lə Taleh Orucovun idarə etdiyi "VAZ 2106" toqquşub. Qəza zamanı "Opel"in sürücüsü və "VAZ 2106" da olan iki sərnişin xəsarət alıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb.

Taleh Orucov dəmir alətlə Xeyrulla İbadovun boğaz nahiyəsinə vuraraq onu yaralayıb. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. Xəstəxanaya sərxoş halda gələn Taleh Orucov isə, deyilənlərlə razılaşmayıb. Sərxoş olduğunu etiraf edən Xeyrulla İbadovun sözlərinə görə, qəzadan sonra heç nədən xəbəri olmayıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)

 

Tarix
25 Oktyabr 2014 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin