Ana səhifə
17 Yanvar 2018

Nazirlər Bakıya gələcək

Litvanın milli müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfər edəcək. Səfər 8-10 oktyabr tarixlərinə planlaşdırılıb. Trend-in yaydığı xəbərə görə, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Cümə günü Vilnüsdə Azərbaycan səfirinin Yozas Olekas ilə görüşü olub.

Görüş zamanı Bakıya qarşıdakı səfərin gündəliyi, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Səfir nazirə Azərbaycanın Silahlı Qüvvələri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə tanışlığı da gözlənilir.

Azərbaycana səfər başa çatdıqdan sonra litvalı nazir Gürcüstana səfər edəcək. Bundan əvvəl o, Ermənistana səfər etmişdi.

Həmçinin, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus da oktyabrın 21-23-də Azərbaycana səfərə gələcək. Bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Səfərin ilk günü, yəni oktyabrın 21-də Linkyaviçyusun Bakıya rəsmi səfəri başlayacaq.

Məmmədzadənin sözlərinə görə, növbəti iki gündə hökumətlərarası komissiyanın sədri kimi Linkyaviçyus Şəmkir şəhərinə baş çəkəcək. Burada oktyabrın 22-23-də Azərbaycan-Litva hökumətlərarası komissiyanın dördüncü iclası keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın bütün aspektlərini, o cümlədən ticari-iqtisadi, humanitar əlaqələri nəzərdən keçirəcəklər.

İclas çərçivəsində Şəmkir və Şaulyay şəhərlərinin qardaşlaşması barədə sazişin imzalanacağı gözlənilir. Səfir əlavə edib ki, bu, Azərbaycan və Litva şəhərlərinin ilk qardaşlaşması olacaq. Вununla əlaqədar, Şaulyay şəhərinin meri də Litvanın nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Məmmədzadə qeyd edib ki, oktyabr ayı ərzində Azərbaycana həmçinin Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçyusun (15-16 oktyabr), eləcə də bu ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti də (29 oktyabr) gələcək.

Oktyabrın 29-da baş tutacaq səfər çərçivəsində gənclər siyasəti sahəsində Azərbaycan və Litvanın əməkdaşlığı məsələlərinə baxılacaq. Litvada gənclər siyasəti sahəsi Əmək və Sosial Müdafiə Nazirliyinin kurasiyasındadır.

 

Tarix
4 Oktyabr 2014 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ