Ana səhifə
25 Sentyabr 2018

Kənd təsərrüfatının inkişafı dövlətimizin əsas iqtisadi strategiyasından biridir

Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dövlət mütəmadi olaraq kreditlər, subsidiyalar verir

 

 

 

Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın inkişaf etdirilməsidir və bu məqsədlə mühüm tədbirlər həyata keçirilib. Onların arasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013 və 2014-2018-ci illəri illəri əhatə edən dövlət proqramları, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları da var. Bütün bunlar kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradıb. Bundan başqa, iri infrastruktur layihələri həyata keçirilib, əhalinin yoxsuluq səviyyəsi minimum həddə endirilib, biznes mühiti canlanıb, sahibkarlıq subyektlərinin sayı artıb. Beləliklə, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlarla planlı iqtisadi modeldən liberal bazar iqtisadiyyatına keçid təmin edilib, dünyada ən yüksək inkişaf templəri ilə sənaye, xidmət və kənd təsərrüfatı sahələrində real irəliləyişə nail olunub.

Qeyri-neft sektorunun, xüsusilə də, kənd təsərrüfatının inkişafı dövlətimizin əsas iqtisadi strategiya sənədi olan “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nda əsas prioritet sahə kimi qeyd olunub.

Ümumiyyətlə, kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında xüsusi çəkiyə malikdir. Eyni zamanda, hər bir ölkə üçün ərzaq təminatı strateji bir istiqamətdir. Məhz, bu iki amil kənd təsərrüfatının önəmini daha da artırır. Müasir dünyada kənd təsərrüfatının inkişafı yalnız çağdaş toxumçuluq, bitkiçilik, əkin və suvarma texnologiyalarının və ya yeni texnikanın tətbiqi ilə əlaqədar deyildir. İnkişaf etmiş fermer təsərrüfatına nail olmaq üçün fermer təsərrüfatlarının maliyyə mənbələrinə çıxışı, aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının, müasir sığorta sisteminin tətbiqi, ölkədaxili və beynəlxalq standartlara cavab verən məhsulun emalı və kooperativlərin təşkili çox mühüm yer tutur. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)prezidenti Məmməd Musayev  bildirib ki, aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dövlət mütəmadi olaraq kreditlər, subsidiyalar verir. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarına yönəlmiş keyfiyyət standartları bu sahədə ən önəmli məsələlərdəndir. «Bu standartlar həm ölkə daxili bazarın sağlam qida ilə təminatını, həmçinin kənd təsərrüfatı məhsullarının ixracı imkanlarını genişləndirir. Sevindirici haldır ki, ölkədə kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələlərdən biri hesab olunur.

2015-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Kənd Təsərrüfatı ili” elan edilməsi bir sıra dövlət qurumları, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısında bir neçə ciddi vəzifələr qoyub. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni emal müəssisələrinin yaradılması bu sahədə çalışan sahibkarlara dövlət tərəfindən xüsusi köməyin göstərilməsi bu qəbildən olan tədbirlərdəndir,-o deyib.

Məmməd Musaynvin sözlərinə görə. son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü tədbirlər sahibkarlar tərəfindən müsbət qarşılanır. «Artıq kənd təsərrüfatı sahəsində yeni hədəflərə nail olmaq məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutur. Bağlanacaq müqaviləyə əsasən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq etmək kimi vəzifələr qarşıya qoyulacaq. Yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazırliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır,- o deyib.

Məmməd Musayev bildirib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılması bu sahənin inkişafına öz töhfəsini verəcək.

«Dövlət qayğısının artırılmasının nəticəsidir ki, fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi ötən ilin payına düşüb.

Belə bir şəraitdə aqrar sahədə fəaliyyət göstərən sahibkarlar əkinçilik, bitkiçilik, pambıqçılıq, tütünçülük, üzümçülük, çayçılıq, taxılçılıq, heyvandarlıq (xüsusilə iri südçülük-maldarlıq kompleksləri yaradılması), arıçılıq və kənd təsərrüfatının digər sahələrinin inkişafına meyil göstərirlər. Bu işlərin həyata keçirilməsində Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq sahibkarlara yaxından kömək edir.

Bu gün yeni aqrokimya laboratoriyalarının yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirəcək ixtisaslaşmış kənd təsərrüfatı bankının yaradılması, drenaj-kollektor şəbəkələrinin təkmilləşməsi, mövcud tədarük satış-məntəqələrinin modernləşdirilməsi və yenilərinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən sayılmalıdır,-ASK prezidenti deyib.

Tarix
27 İyul 2015 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin