"Qarabağ"ın Avstriya toplanışında yoxlama oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib.
Ucnoqta.az xəbər verir ki, bu, yerli "Zalsburq"dur.
Bununla bağlı məlumatı Avstriya klubunun rəsmi saytı yayıb. Oyun iyulun 15-də keçiriləcək.
Xatırladaq ki, "Qarabağ"la "Zalsburq" 2014-cü ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəliblər. Bakıdakı matçda Ağdam təmsilçisi qələbə qazansa da (2:1), cavab görüşündə uduzub (0:2). "Zalsburq" üstün tərəf kimi ÇL-də pley-off mərhələsinə adlayıb.
Qeyd edək ki, "Qarabağ" Avstriyada Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.///qol.az