Liviya sahillərində tankerdə partlayış olub

22:54 - 30 İyun 2025 - DÜNYA

Liviya sahilləri yaxınlığında təxminən 1 milyon barel neft daşıyan "Vilamoura" tankerində partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki. bu barədə Bloomberg agentliyi TMS Tankers operator şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Yunanıstana aparılacaq və orada mütəxəssislər dəyən ziyanı qiymətləndirəcəklər.

Gəminin ekipajı xəsarət almayıb, ətraf mühitin çirklənməsi qeydə alınmayıb. Partlayışın səbəbləri barədə məlumat verilmir.

Bloomberg qeyd edir ki, tanker Qazaxıstan neftini nəql etmək üçün aprel ayından bəri iki dəfə Rusiya limanlarına daxil olub.

Xəbər xətti