Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO

Ucnoqta.az show.az-a istinadən bildirir ki, müğənni Səidə Dadaşovanın ad günüdür. Saytımız adından müğənnini təbrik edir, ona can sağlığı və uğurlar arzu edirik. Müğənnidən ad günündə alınan özəl müsahibəni təqdim edirik:

 

 - Yaşınızı gizlətmirsiniz ki?

 

- Xeyr, yaşımı gizlətmirəm. Niyə gizlədim? 36 yaşım tamam olur. Hətta Facebook hesabımda da ad günüm düzgün verilib.

 

 - Sənətinizdə hansı yeniliklər olacaq?

 

- İnşallah, təzə xəbərlər olacaq, bu yaxınlarda klipim çəkilir. Anar adlı oğlanla duetim olacaq. Rusiyadan yeni gəlib. Ramalla da duetim olacaq. Duetlər çox olacaq.

 

- Bir qadın olaraq xoşbəxtsiz?

 

- Qadın kimi çox xoşbəxtəm. Yaxşı çevrəm, yaxşı dostlarım var. Diqqətcil dostlarım var. Arzu Abbasovaya da təşəkkürlərimi bildirirəm. Hamı bilir ki, mənim onunla iş birliyim var. 5 ildən artıqdı ki, mən onun mahnılarını oxuyuram. Bu xanım məni ayaqda saxladı. Mən çox tənbələm. Bu xanım mənə çox dəstək oldu. Demək olar ki, o məni bu sənətə yenidən qaytardı. O mənə dedi bu tənbəlliyi başından at. Artıq onunla 30-a yaxın mahnımız var. Bu yaxınlarda diskim də çıxdı. Həm dostuq, həm həmkarıq, həm gözəl arajemançıdır, həm də gözəl səs rejissorudur.

 

- Ailəlisiz və ya kimləsə münasibətiniz var?

 

- Münasibətdə olduğum heç kim yoxdur. Təkəm. Təkəm deyəndəki öz ailəm, anam, atam, qardaşlarım. Başımı aşağı salıb, öz işimlə məşğulam. Sənətim, özümlə məşğulam.

Tarix
26 İyul 2015 [23:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin