Ana səhifə
19 Dekabr 2018

Cəbhə xəbərləri ilə bağlı növbəti çağırış

Mətbuat Şurası cəbhə xəttindəki hadisələrlə bağlı mətbuatı diqqətli olmağa çağırıb

 

 

“Dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə vaş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir”.

 

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

 

O xatırladıb ki, MŞ ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulaması müşahidə edildikdə də məsələ barədə mövqeyini açıqlayıb: “Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür.

 

Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurasının sədri kimi cəbhədən xəbərlər yayan jurnalistləri, həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını bir daha həssas olmağa çağırıram. Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür”.

Tarix
25 İyul 2015 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin