Ana səhifə
19 Sentyabr 2018

57 yaşlı qadın at arabasından yıxılaraq öldü

Tovuzda 57 yaşlı qadın arabadan yıxılaraq ölüb.

 

 

Ucnoqta.az” xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndi ərazisində, Kür çayına gedən yolda baş verib.

 

Bədbəxt hadisə Xatınlı kənd sakini, 1979-cu il təvəllüdlü İlham Əhmədov at arabası ilə Qaraxanlı kənd sakini, 1957-ci il təvəllüdlü Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman baş verib. Qadın arabadan düşmək istəyərkən yıxılıb və arabanın təkərinin altında qalaraq ölüb.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Tarix
24 Oktyabr 2014 [21:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin