Ana səhifə
19 Sentyabr 2018

İki ölkə təmsilçisi Modelyer Gülnarə Xəlilovaya müraciət edib - FOTO

Kral TV-də sənətşünaslıq üzrə fəlsəfə doktoru, PhD Modelyer-Dizayner Gulnare Xelilovanin geyimləri nümaiş olunacaq

 

 

Müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Avqustun 15-də Türkiyənin İzmir şəhərində “ Miss Exclusive of the World 2015” beynəlxalq  model müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu haqda layihənin milli direktoru təşkilatçı Aqil Məmiyev verib:

“Hazırda təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə  yarışma ilə bağlı hazırlıqları bitirmək üzərəyik. Qeyd etmək, istəyirəm ki, Miss Exclusive of the World müsabiqəsinin  Azərbaycan təmsilçisi Günel Şirəliyeva və Tatarstan təmsilçisi Liliya Alekseyeva müsabiqənin milli geyim gecəsində  həmişə olduğu kimi, çox dəyərli sənətşünaslıq üzrə fəlsəfə doktoru, PhD Modelyer-Dizayner Gulnare Xelilovaya müraciət etmişik.

Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı”.

Qeyd edək ki, bu il final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək. Amma seçilən təmsilçilərimiz 28 iyuldan  kampda iştirak üçün İzmirə yola düşəcəklər.

Müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurların yer alacaq.

Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova Təmsil etmişdi.

 

 

Xəyal

 

Tarix
24 İyul 2015 [22:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin