Ana səhifə
25 Sentyabr 2018

Dünyanın ən qorxunc bandaları (SİYAHI)

Dünyanın ən təhlükəli 24 cinayətkar dəstələrinin adları açıqlanıb.



Ucnoqta.azxəbər verir ki, bu şəbəkələr arasında "The Mungiki" adlı cinayətkar şəbəkə xüsusi yer tutur. Nayrobinin gecəqondu məhəllələrində təşkil etdiyi cinayətlərlə tanınan qruplaşmanın 100.000 üzvü var. Əvvəllər şəbəkə üzvlərinin tanınmaq üçün saçlarını daz etdiyi və qanla duş qəbul etdiyi bilinirdi.

Digər bir təhlükəli cinayət şəbəkəsi "Los Zetas"dır. Dünyanın ən güclü narkotik şəbəkələrindən biridir. "Los Zetas" bu günə qədər çox sayda qaranlıq hadisənin təşkilində ittiham olunur. Şəbəkənin fəaliyyətinin əsas mərkəzi Meksikadır. Artıq sərhədləri daha çox böyümüş təşkilat ABŞ Hökumətini də narahat etməyə başlayıb. 

"Hell'S Angels": Qəddarlıqları ilə ad salan bu sərt uşaqlar bir çox mafiya qrupları və cinayət təşkilatları ilə qeyri-qanuni əməkdaşlıq edib. Ancaq, "Hell'S Angels" bu şəkildə xatırlanmaq istəmir. Onların iddiası şiddətin və qanunsuzluğun bir həyat mirası olduğudur. Pulu isə həyat stillərini davam etdirmək üçün bir vasitə olaraq istifadə edirlər. 

"Yakudza": Ad-sanları sərhədləri aşan, bir çox filmə mövzu olan köklü yapon şəbəkəsidir. Şəbəkə üzvü olmaq istəyən hər hansı bir şəxs ailəsiylə bütün əlaqələrini qoparmaq məcburiyyətindədir. Öz şəbəkəsinin liderinə bağlılıq andı içməlidir. Qərb mediasının "Yakudza"larla əlaqədar araşdırmalarından məlum olub ki, şəbəkənin "Yubitsume" adı verilən bir ənənəsi var. Bu ənənəyə görə, bir günahı ya da səhvini bağışlatmaq üçün şəbəkə üzvü sərçə barmağını kəsməlidir. Ancaq Yaponiya Hökuməti bu ənənəni ləğv etmək üçün bir çox tədbirlər görür. 

"Mara Salvatrucha" (MS-13): Dünyanın ən sərt və qəddar şəbəkələrindən biri olaraq bilinən MS-13, digər bir çox şəbəkə kimi narkotik satışı ilə məşğuldur. 1980-ci ildə ölkələrindəki daxili döyüşlərdən qaçan bir qrup El Salvadorlunun Kaliforniyada qurduğu bu şəbəkədir. Şəbəkənin 700.000 üzvü var. Daha çox Şimali və Orta Amerikada cinayətlər həyata keçirirlər. Səbəbsiz yerə hadisələr törütməkdə tanınan bu şəbəkə qadın və uşaqlara qarşı etdikləri vəhşiliklərlə ad çıxarıb.

"Mongols": Fəlsəfə olaraq "Hell'S Angels"a bənzəyən şəbəkə, həmkarlarının məşhur strukturlarına reaksiya olaraq yaranıb. "Hell'S Angels" ilə düşmən olduqları üçün aralarında tez-tez şiddətli qarşıdurmalar baş verir. 

"Russian Mob": Şəbəkə yalnız düşmənlərini deyil, öz üzvlərini də öldürmələri ilə soyuqqanlılıq anlayışına fərqli bir tərif gətiriblər. Çox qlobal bir şəbəkə olmaqla birlikdə, Rusiyada iş quran hər kəsdən gəlirin 20%-ini almaq üçün müqavilə bağlayırlar. 

"Triads": 2,5 milyondan çox üzvüylə dünyanın ən böyük cinayət təşkilatlarından biridir. Hər qanadının özünə aid ənənələri olsa da, çinli təşkilat bir bütün olaraq çox mütəşəkkil və qanlı bir şəbəkə olaraq bilinir. 

"18th Street Gang": Los Angalesdə normal bir gündə hər hansı bir adamın bu şəbəkə tərəfindən hücuma məruz qalması adi bir xəbərdir. 10 il boyunca ən ciddi düşmənləri "Bloods", "Crips" və "MS13" ilə çox qanlı bir mübarizə aparan şəbəkə son zamanlarda çox sayda düşmən şəbəkə üzvünü öldürüb. 

"Bloods": Qırmızı geyinmələri və ən böyük düşmənlərinin "Crips" olmasıyla bilinən bu şəbəkə, əslində "Crips" şəbəkəsinin içində bir qrup olaraq qurulub. 

"Almighty Black P. Stone Nation": Ağır İslami təsir bağışlayan Çikaqo küçə şəbəkəsidir. Lideri Abdullah Malikdir. Onun əsil adı Jeff Fortdur. Malikin Muammer Qəddafi ilə müxtəlif vəsilələrlə tanış olub və yaxın əlaqələri olub.

"Texas Cinayət Təşkilatı": Texas Cinayət Təşkilatı müttəfiqləriylə birlikdə qismən kiçik bir şəbəkədir. Əməkdaşlıq etdiyi digər şəbəkələr adına cinayətlər törədir. 

"Cosa Nostra": Məşhur Amerika mafiyası olaraq bilinən bu yüksək profilli cinayət təşkilatının təməlləri Siciliyada qoyulub. İtaliyadan Amerikaya başlayan köç dalğası əsnasında şəbəkənin də təməlləri atılıb. Media tərəfindən "mafiya" olaraq təqdim edilməsinə baxmayaraq onlar özlərinə "Cosa Nostra" deyirlər. İtalyan dilindən tərcümədə "bizim düşüncəmiz" mənasını verir. Şəbəkə içərisində çox sərt və mərhəmətsiz qaydalar var. Əgər bir şəbəkə üzvü qaydaları pozarsa cəzası ölümdür və bu ölüm yaxınları tərəfindən həyata keçirilir.

"James- Younger Gang": Siyahıdakı digər şəbəkələrin əksinə bu şəbəkənin ən yaxşı etdiyi iş pul oğurlamaqdır. 

"Area Boys" (Agberos): Nigeriyanın Laqos şəhərində bir qrup gəncin yaratdığı bu şəbəkə cinayət və narkotik alqı-satqısı ilə tanınır. Siyahıdakı digər şəbəkələr qədər qəddar və mütəşəkkil olmasalar da, xalqı qorxutmaq üçün amansız cinayətlər törədirlər. 

"Black Guerrilla Family": 1966-ci ildə qurulan və siyasi profili olan bu şəbəkənin əsas hədəfi ABŞ-ı yıxmaqdır. Saysız müttəfiqi olan şəbəkənin ("Crips", "Bloods"), bir o qədər də düşməni var (Aryan Brotherhood, The Mexican Mafia).

"Wah Ching": Bu ​​beynəlxalq şəbəkənin qaynağı mübahisəli olsa da, etdikləri yaxşı bir iş var. Pul qazanmaq. Şiddətə tez-tez əl atmalarına baxmayaraq bu vəziyyət onlar üçün bir vasitədir. Mərkəzləşdikləri bölgələr Los Anceles və Şərqi Asiyadadır. Xüsusilə pul yuma və maliyyə cinayətləri ilə məşğul olurlar.

"Latın Kings": dünyadakı ən mütəşəkkil Latın şəbəkəsi olduğu bilinir. Marksizm, Konfutsya və Xristian təlimlərindən də faydalanan şəbəkə digər şəbəkələr qədər təhlükəli deyil. Bərabərliyin ön planda olduğu bu şəbəkə killer xidməti ilə pul qazanır. Daha sonra bu pullar bərabər şəkildə şəbəkə üzvlərinə paylanır.

"La Nuestra Familia": Dünyanın ən böyük mafiyalarından biridir və ən böyük düşmənləri hemşehrileri olan Meksika Mafiyasıdır. Bir ayaqqabı oğurluğu hadisəsiylə qurulan şəbəkənin ən böyük xüsusiyyəti sədaqəti ön planda tutmasıdır. Bir adamın tam mənasıyla şəbəkə üzvü ola bilməsi üçün 2 il gözləməsi lazımdır və bir dəfə girdikdən sonra geri dönüş yoxdur.

"Aryan Brotherhood": ABŞ-dakı cinayətlərin 25%-ini bu şəbəkə törədir. Əgər bu şəbəkənin bir üzvü olmaq istəyirsinizsə, eyni həbsxanada qaldığınız bir məhbusu öldürmək ya da ən azından zərər vermək məcburiyyətindəsiniz. Devizləri isə "əgər bir şəbəkəyə girmək istəyirsənsə qan tökmək məcburiyyətindəsən və o şəbəkə sənin həyatını, tək çıxış yolun isə ölümdür". Həqiqətən də dedikləri kimi şəbəkədən ayrılmaq istəsən ölməlisən. 

"Crips": 16 il əvvəl qurulan şəbəkə indi dünyanın saylı cinayət təşkilatlarından biri halına gəlib. Ən böyük düşmənləri "Bloods" və bir neçə ispan şəbəkədir. "Crips"lərin ən fərqləndirici tərəfləri özlərini təsvir etmək üçün mavi rəngi istifadə etmək və şiddətə olan simpatiyalarıdır. Hətta o qədər şiddət dolular ki, şəbəkə üzvlərinin ölüm və yaralanma hadisələrinin çoxu yenə şəbəkə içərisindəki döyüşlərdən meydana gəlməkdədir. 

"Primera Comando da Capital" (PCC): Sao Paolodaki bütün həbsxana sisteminin içində olan bu şəbəkə Braziliyada ad çıxarıb. Bu şəbəkə adam qaçırma, xərac və qorxunu yavaş yavaş yaşatma qabiliyyətiylə məşhurdur. 2006-cı ilin mayında yaranmış şəbəkə bütün Sao Paolo şəhərini az qala bir həftə boyunca əsir kimi saxlayıb.(ANS PRESS)

Tarix
24 Oktyabr 2014 [23:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin