Ana səhifə
15 Noyabr 2018

Salyan 2800 yaşını qeyd etdi - FOTOLAR

“Muğan Babazanlı abidələrinin 2800 illiyi” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan şəhərində “Şəhər günü” formatında bayram tədbirləri keçirilir.

 

 

Ucnoqta.az” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, hökumət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin və yerli qonaqların iştirakı nəzərdə tutulub.

 

Qeyd edilən tədbirlərin keçirilməsi Salyan şəhərinin qədim tarixinin təbliğinə, burada aparılan arxeoloji tədqiqatların nəticələrinin nümayişinə imkan yaradacaq. Tədbirin açılış mərasimi bu gün saat 14:00-da olub.

 

Qeyd edək ki, Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkar edilib.

Tarix
24 Oktyabr 2014 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin