Ana səhifə
23 Sentyabr 2018

Polis Akademiyasında konfrans keçirilib +FOTO

Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, konfransda bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları dinlənilib.

Beynəlxalq tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova və Tacikistan Daxili İşlər Nazirliklərinin, eləcə də aidiyyəti təhsil müəssisələrinin nümayəndələri də iştirak edib. Konfransa həmçinin ölkəmizin hüquqşünas alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə, Gömrük, Dövlət İdarəçilik, Milli Aviasiya Akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının nümayəndələri də qatılıblar.

Beynəlxalq elmi-praktik konfransda DİN Polis Akademiyasının rəisi, polis general-mayoru,  Nazim Əliyev bildirib ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan verir. Bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.

Daha sonra xarici ölkələri təmsil edən qonaqlarla Azərbaycanın hüquqşünas alimləri arasında fikir mübadiləsi və diskussiyalar aparılıb.

 

Tarix
24 Oktyabr 2014 [18:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin