Ana səhifə
18 Sentyabr 2018

Erməninin səsini batıran canlı əfsanənin 74 yaşı tamam olur - FOTO + VİDEO

Bu gün xalq artisti Flora Kərimovanın 74 yaşı tamam olur.

 

 

 

Ucnoqta.az-ın məlumatına görə, sənətkar 1941-ci ildə Bakıda anadan olub. O, 1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977 Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

 

Klassik Avropa operası ( nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad  ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

 

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.

 

"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsli F. Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Ailəli olub, bir qızı və bir oğlu var.

Tarix
23 İyul 2015 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin