Ana səhifə
15 Dekabr 2018

Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahibkarlığın inkişafına təkan verib

Bu sahədə süni maneələr aradan qaldırılıb

 

 

Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanıb.  Fərmanda deyilir: «Yoxlama və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan çoxsaylı şikayət və müraciətlər nəzərə alınaraq "Istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli fərmanında bu orqanlar tərəfindən yol verilən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin təmin olunması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu fərmanın icrası nəticəsində iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azalmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınıb, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilib. Lakin ölkənin iqtisadiyyatı keçid dövründə olduğu bir zamanda dövlət orqanları tərəfindən yoxlama və nəzarət funksiyalarının həyata keçirilmə mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi prosesi başa çatmadığına görə yuxarıda qeyd olunan fərmanın icrası hələ də tam təmin olunmayıb. Bu da onu göstərir ki, istehsal, xidmət, maliyyə-kredit sahəsində əsassız yoxlamaların qadağan edilməsinə baxmayaraq, ölkədə sahibkarlığın inkişafı üçün hüquqi bazanın yaradılması və müvafiq bazar infrastrukturlarının təşəkkül tapması ilə yanaşı, yerli və xarici iş adamlarının fəaliyyətinə bəzi dövlət orqanları tərəfindən əsassız müdaxilə hallarına son qoyulmayıb».

Eyni zamanda ayrı-ayrı dövlət orqanları tərəfindən iqtisadi sahəyə əsassız müdaxilələr narahatçılıq doğururdu. Həmin dövlət orqanlarının bəzi işçiləri öz qanunsuz hərəkətləri ilə dövlətin nüfuzuna xələl gətirir və bir çox hallarda öz hüquqlarından şəxsi mənafeləri üçün istifadə edirdilər. Aydındır ki, bu neqativ halların qarşısı alınmalı idi. Bunula bağlı fərmanda deyilir: «Hüquq mühafizə orqanları yerli və xarici iş adamlarının istehsal, xidmət və maliyyə-kredit fəaliyyətində apardıqları yoxlamaları bəzi hallarda uzun-uzadı təhqiqat və istintaq hərəkətləri pərdəsi altında həyata keçirirlər və sahibkarlığın müxtəlif sahələrinə lüzumsuz müdaxilə edirlər. Yoxlama və təftiş funksiyalarını həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanları əsassız yoxlamalar aparmaqda davam edir, sahibkarların fəaliyyətinə zərurət olmadan müdaxilə edərək, onlar üçün müxtəlif süni maneələr törədir, eyni zamanda qanun pozuntuları faktlarının hamısını və tam aşkar etmirlər. Daxil olan məlumatlara əsasən yoxlamalar zamanı həmin orqanların işçiləri ayrı-ayrı hallarda vəzifədən sui-istifadə etmə və rüşvətxorluq hallarına yol verirlər. Hüquqi şəxslərin qeydiyyatı və lisenziyalaşdırma sahəsində də süni maneələr mövcuddur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı və lisenziyalaşdırma sahəsində süründürməçilik, qanunsuz imtinalara və sui-istifadəyə yol verilir».

Qeyd olunanları nəzərə alaraq dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsinə ehtiyac vardı. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanın imzalanması bu neqativ halların qarşısını almaqda önəmli rol oynadı. Dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olub. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunub və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutub.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanıb, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırıb. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

 

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilib. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilib, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilib, lisenziyaların müddəti uzadılıb.

Qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Bu tədbirlər öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar onun layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradıb. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olub.

(ardı var)

Tarix
23 İyul 2015 [19:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin