Ana səhifə
24 Sentyabr 2018

Əskişəhir valisi Gəncədə

Ucnoqta.azxəbər verir ki, Gəncənin qardaşlaşdığı Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Apa-nın qərb bürosunun verdiyi xəbərə görə, qonaqlar şəhərdə fəaliyyət göstərən “Cümhuriyyət Muzeyi”ni ziyarət etdikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

 

 

E. Vəliyev qardaş ölkənin ən qədim şəhərlərindən olan Əskişəhərin valisinin Gəncəyə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycanın ikinci böyük şəhəri haqqında, onun iqtisadiyyatı, mədəniyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Gəncədə təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdıran E. Vəliyev deyib ki, Gəncə şəhəri 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilib, bu məqsədlə şəhərdə beynəlxalq tədbirə xüsusi hazırlıq işləri aparılır.

Güngör Azim Tuna isə Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini və bu şəhərdə olmaqdan məmnunluq duyduğunu söyləyib. O, Gəncə şəhəri ilə qardaşlaşmış Əskişəhərdə 13 -15 noyabr tarixlərində keçiriləcək beynəlxalq simpoziuma Elmar Vəliyevi dəvət etmək üçün Azərbaycana gəldiyini nəzərə çatdırıb.

Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Əskişəhər valisi Güngör Azim Tuna qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.

 

Tarix
24 Oktyabr 2014 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin