Ana səhifə
22 May 2018

İsmayıllıda sərnişin avtobusu aşdı: 2 ölü, 7 yaralı - Yeniləndi

İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib. 
 

 

“Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil verib.

Əməliyyat saat 04:25-də başa çatıb.

 

13:46

 

Ötən gecə İsmayıllıda 2 nəfərin həlak olması, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasında həlak olanların şəxsiyyəti məlum olub.

 

Milli.Az bildirir ki, hadisə Muğanlı-İsmayıllı yolunun Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Şəki sakini Məmmədov Vüsala məxsus 99-CJ-822 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 24 yaşlı Mürsəlov Elşən Güləhməd oğlu və 21 yaşlı Mürsəlova Gülanə Mehman qızı həlak olublar.

 

Mustafayeva Nəhayət Qurban qızı, Səlimov Fərrux Mansur oğlu, Məhərrəmova Fəridə Xanpolad qızı, Bəylərova Lalə Yaqub qızı, Manafov Vüsal Mirzəbəy oğlu, Nurməmmədova Tahir Sumbat oğlu və Səmədov Azər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı RMX-ya çatdırılıblar. Müalicələri davam etdirilir.

 

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Bakı-Şəki martşrutu üzrə hərəkət edirmiş. Ölən və yaralananlar da elə Şəki sakinləri olublar. Faktla bağlı araşdırma aparılır.

 

Tarix
4 Oktyabr 2014 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin