Ana səhifə
19 Oktyabr 2018

Nigar Camal: "Xəyanət görən qadın yaralı aslan kimidir" - FOTO

Ucnoqta.az "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın oxu.az-a müsahibəsini təqdim edir:

 

 

- Yay aylarında müğənnilərin əksəriyyəti yaradıcılıq fəaliyyətini donduraraq müxtəlif istirahət məkanlarına üz tuturlar. Siz harada dincəlirsiniz?

 

- Bu yay mən istirahətə vaxt ayıra bilməmişəm. İyun ayında Birinci Avropa Oyunları ilə məşğul idim. İyulda Bodrumda işlərim oldu. Bu üç ay ərzində işlərim boldur. Qalan vaxtımı isə uşaqlarımla məşğulam. Avqustun axrında, bəlkə, dostlarımla birlikdə Mikonosa dincəlməyə getdik.

 

- İstirahət bitdikdən sonra pərəstişkarlarınızı nə ilə sevindirəcəksiniz?

 

- Yay bitincə yeni klip çəkdirməyi və yeni mahnı yazdırmağı düşünürəm. Ən əsası yeni layihənin təsdiqini gözləyirəm.

 

- Berksanla duetdən sonra daha hansı əcnəbi həmkarınızla birgə ifanız gözlənilir?

 

- Gələcəkdə ola bilər.

 

- Konsert vermək barədə nə düşünürsünüz? Sizcə, zamanı deyilmi?

 

- Əlbəttə, gözəl və möhtəşəm konsert vermək istəyərəm. Amma düşünürəm ki, hələ tezdir.

 

- Qadın nə zaman təhlükəli ola bilər? Səhv etmirəmsə, sizdən ehtiyat edənlər var...

 

- Qadının ən təhlükəli anı ona xəyanət edildiyini bildiyi andır. Sevdiyin kişi səni bir başqası ilə əvəz edir. Qadın xəyanəti bağışlamaz. Xəyanət görən qadın yaralı aslan kimidir.

 

- Gərgin əsəb keçirəndə özünüzü necə sakitləşdirirsiniz, yoxsa hisslərinizi ələ ala bilmir, bütün günü o vəziyyətdə dolaşırsınız?

 

- Mən çox nadir hallarda əsəbləşirəm. Hisslərimi cilovlamağı bacarıram. Səbrli insanam. Həddən artıq nəyəsə əsəbləşəndə oradan uzaqlaşıram. Sakitləşib geri dönürəm. Bu da nadir hallarda baş verir.

 

- "Yaralı aslan",  "ürkək ceyran", "məkrli əqrəb", "zəhərli ilan", " mülayim pişik"  - daha çox bunlardan hansı vəziyyətdə olursunuz?

 

- Mən həyatda şən, deyib-gülən, şıltaq bir "meymun"am.

 

- Cenifer Lopezlə bənzərliyiniz hansı hallarda sizə maneə, yaxud təkan olub?

 

- Bir mügənni kimi ona böyük hörmətim var. Ona bənzərlik mənim üçün nə maneədir, nə də təkan. Sözün düzü, əvvəl bu bənzərliyə görə əsəbləşirdim. Çünki bəzi insanlar oxşayırsan deyil, özünü ona oxşadırsan deyirdi. Bu mənim heç xoşuma gəlmir. Çünki özümü ona oxşatmıram. Mən Nigar Camalam.

 

- İki gözəl qız balanız var. Onların da incəsənətə meyli varmı?

 

- Qızlarımla bir yerdə olanda birlikdə mahnı oxuyuruq. Bu haqda danışmaq hələ tezdir. Hal-hazırda onların yaxşı təhsil almasını və savadlı olmasını istəyirəm. Gələcəkdə hansı peşədə özlərini xoşbəxt hiss edəcəklərsə, onu da seçərlər. Mən də ana kimi həmişə onların arxasında olacağam.

 

- Nigar Camalın həmişə şarmlı və gözəl görünməyinin düsturu nədir?

 

- Gözəl və şarımlı görünməyimin düsturu pozitiv yaşamağa çalışmağımdır. Öz işimlə, uşaqlarımla məşğulam. Heç kimlə işim yoxdur. Məncə, gözəl görünməyin sirri daxili aləmlə əlaqəlidir.

Tarix
23 İyul 2015 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin