Moskva vilayətinin Ximki şəhərində iki məhbus daşınma zamanı avtobusdan qaçıb.
Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, avtobus Tverdən Moskvaya gedirmiş. Dayanma zamanı dustaqlara siqaret çəkmək üçün çölə çıxmağa icazə verilib, onlardan ikisi qaçıb.
Mash-ın məlumatına görə, qaçanlar 29 yaşlı Nikita Vladimiroviç Qriqoryev və 41 yaşlı Andrey Yuryeviç Şkarindir.
Qriqoryev əslən Blaqoye (Tver vilayəti) şəhərindəndir, dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi), narkotik maddələrdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi) və quldurluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi) məhkum edilib.
Şkarin əslən Tverdəndir. Həmçinin quldurluq, fırıldaqçılıq və adam öldürmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi) ilə məhkum edilmişdir.