Ana səhifə
22 Avqust 2018

Prezidentin sərəncamları ilə təltif edilmiş KİV nümayəndələrinə mükafatlar təqdim edildi

Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

 

 

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycan milli mətbuatından bəhs edən qısa film nümayiş etdirilib. Daha sonra media nümayəndələrinə mükafatlar təqdim edilib.

 

Bundan sonra isə Bakı-2015 Birinci Avropa Oyunlarını ən geniş işıqlandıran kütləvi informasiya vasitələri ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Azad Azərbaycan Televiziyası, üçüncü yerə isə Trend və APA informasiya agentlikləri və "Azərbaycan" qəzeti layiq görülüb.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov isə “UBM Group” şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib. Ə.Həsənov həm də “PAŞA Bank”ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb. “UBM Group” şirkəti tərəfindən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə isə Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətinə görə mükafat təqdim edilib.

 

Daha sonra Mətbuat Şurası tərəfindən bir sıra media qurumlarının nümayəndələrinə Ali Media mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Ali Media Mükafatının II dərəcəsinə “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının III dərəcəsinə isə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin layiq görülüblər.

 

Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.// AzNews.az

Tarix
22 İyul 2015 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin