Trampla danışıq zamanı İstanbuldakı müzakirələrin nəticələri nəzərə alınacaq - Peskov

13:15 - 19 May 2025 - DÜNYA

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığında İstanbuldakı danışıqların nəticələri nəzərə alınacaq.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“İstanbulda aparılan danışıqları nəzərə alaraq, söhbət vacibdir”, - Peskov bildirib.
“Biz danışıqların əsas mövqelərinin nədən ibarət olması barədə əlimizdən gələni artıq demişik”, - o əlavə edib. "Biz gözləyəcəyik və söhbətin nəticələrinə əsasən mümkün olan ən yaxşı mesajı verəcəyik", - mətbuat katibi qeyd edib.

Xəbər xətti